SON DƏQİQƏ
» » Baş mühafizəçisi zorakılığa görə həbs edilib

Baş mühafizəçisi zorakılığa görə həbs edilib

Tarix:

3-09-2019, 08:34

/ 2 430 dəfə oxundu.
Baş mühafizəçisi zorakılığa görə həbs edilib

Britaniyanın kral ailəsinin baş mühafizəçisi ötən ay həbs olunub.

GunAz.az xəbər verir ki, bu barədə xarici mətbuat yazıb.

Qeyd edilir ki, o, zorlamada şübhəli bilinir. Nəşr həmin şəxsin adını açıqlamayıb. Lakin onun kral ailəsinin təhlükəsizliyinə görə cavabdehlik daşıdığı bildirilir.

Məlumata görə, mühafizəçi hansısa qadının evində polis tərəfindən saxlanılıb. Asayiş keşikçilərini ünvana da həmin qadın çağırıb. O, hücuma məruz qaldığını bildirib.

Avqustun 22-də mühafizəçi girov müqabilində müvəqqəti sərbəst buraxılıb, ancaq o xidmətdən kənarlaşdırılıb. Lakin araşdırma davam edir.

Məlumata görə, kral ailəsi hadisədən şoka düşüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ