SON DƏQİQƏ
» » Kərgədan təbiət parkının əməkdaşına hücum etdi - VİDEO

Kərgədan təbiət parkının əməkdaşına hücum etdi - VİDEO

Tarix:

28-08-2019, 08:27

/ 4 102 dəfə oxundu.
Kərgədan təbiət parkının əməkdaşına hücum etdi - VİDEO

lmaniyada qəzəbli kərgədan təbiət parkının işçisi olduğu maşına hücum edərək, onu bir neçə dəfə aşırıb. Nəticədə qadın əməkdaş kəllə-beyin travması alıb.

TASS xəbər verir ki, bu barədə çərşənbə axşamı yerli “Bild” qəzeti məlumat yayıb.

Hadisə Aşağı Saksoniya torpağının Hodenhagen kommunasındakı Serengeti təbiət parkında qeydə alınıb. Qadın maşını astaca “Kuzini” ləqəbli kərgədanın üzərinə sürərək, onu tövləyə salmağa çalışıb.

Lakin heyvan avtomobilə hücum edib və başı ilə ona zərbə endirərək maşını bir neçə dəfə aşırıb. O, bundan sonra da maşına zərbələri davam etdirib.

Parkın başqa bir avtomobildə əyləşən ziyarətçisi baş verənləri videoya çəkib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ