SON DƏQİQƏ

Sumqayıt sakini Gəncədə sərxoş olub qəzaya düşdü

Tarix:24-08-2019, 09:09 Oxunub:2 548

Gəncədə piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gəncə İmamzadə yolunda qeydə alınıb.

Belə ki, Sumqayıt sakini Şahin Həsənov yolu keçmək istəyərkən "VAZ-2107" markalı minik maşını tərəfindən vurulub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti ağır olduğundan Gəncədə yerləşən özəl xəstəxanaların birinə aparılıb.

Qeyd edək ki, yolu keçmək istəyən piyada hadisə zamanı toydan çıxıb və sərxoş imiş.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<