SON DƏQİQƏ

Azərbaycanın şimalında güclü külək kənd təsərrüfatına ciddi zərər vurub

Tarix:23-08-2019, 23:05

Azərbaycanın şimalında güclü külək kənd təsərrüfatına ciddi zərər vurub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, respublikanın şimal zonasında axşam saatlarında əsən güclü külək ağaclardakı meyvələri yerə töküb.

Güclü külək Quba və Xaçmaz rayonlarında, həmçinin Xudat şəhərində meyvə bağlarında və fərdi təsərrüfatların ağaclarındakı meyvələri yerə tökməklə yanaşı, ağacların budaqlarını da zədələyib.

Qeyd edək ki, əksər meyvələr payız aylarında yetişir. Bunlardan qoz, alma, armud, şaftalı yerə tökülüb. Nəticədə təsərrüfat sahiblərinə ciddi ziyan dəyib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<