SON DƏQİQƏ

Qubada baş vermiş yanğın söndürülüb

Tarix:

21-08-2019, 07:43

/ 1 232 dəfə oxundu.
Qubada baş vermiş yanğın söndürülüb

Avqustun 19-da Quba rayonunun Zərqava kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən GunAz.az-a bildiriblər ki, alovun qarşısı nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Mülki Müdafiə Qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınıb. Yanğın nəticəsində dağlıq ərazidə 32 hektar quru ot, kol-kos və qurumuş ağacların kötüklər yanıb. Ərazidəki ağaclar və yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ