SON DƏQİQƏ
» » “Relax” qalmaqalından sonra deputatın iki zavodu bağlandı

“Relax” qalmaqalından sonra deputatın iki zavodu bağlandı

Tarix:

19-08-2019, 15:25

/ 1 313 dəfə oxundu.
“Relax” qalmaqalından sonra deputatın iki zavodu bağlandı

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl "Relax" İstirahət Mərkəzində insident yaşanıb. Olaylar.az  xəbər verir ki, deputat İqbal Məmmədvun olduğu deyilən mərkəzdə onun oğlu və yaxın qohumları vergi əməkdaşlarının araşdırma aparmasına imkan verməyiblər. Nəticədə, tərəflər arasında qarşıdurma yaranıb. Məlumatlara görə, deputatın qohumları vergi işçilərini döyüblər.  
Hadisədən sonra ərazidə DİN-in BMCMİ əməliyyat keçirib və 6 nəfəri həbs edib. Onların arasında deputatın oğlu Mirhəmid Nərimanlı və qardaşı Çingiz Məmmədovun oğlu Orxan Nərimanlı da var. "Relax" İstirahət Mərkəzi isə bağlanılıb.
JAMAZ.İNFO-ya verilən məlumata görə, hadisədən sonra İqbal Məmmədova məxsus daha iki zavod fəaiyyətini dayandırıb. Bəzi məlumatlara görə, zavodarın fəaiyyətərini dayandırmasına səbəb deputatın cəzalandırılmasıdır. Lakin o da iddia edilir ki, həmin zavodlarda Vergilər Nazirliyinin əməkdaşları yoxlama aparırlar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ