SON DƏQİQƏ
» » Göyçayda ağır qəza: ölən və yaralananlar var - FOTO

Göyçayda ağır qəza: ölən və yaralananlar var - FOTO

Tarix:

10-08-2019, 23:00

/ 941 dəfə oxundu.
Göyçayda ağır qəza: ölən və yaralananlar var - FOTO

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtoqəza rayonun Bığır kəndində qeydə alınıb. 
GunAz.az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, kənd sakinləri Xəyal Məmmədov və Bulud Abışovun idarə etdiyi iki "VAZ 21011" markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə zamanı xəsarət alan 7 nəfər xəstəxanaya çatdırılsa da, onlardan biri yolda keçinib.

Faktla bağlı araşdırmalara başlanılıb

Səhiyyə Nazirliyi də Göyçay rayonu Bığır kəndi ərazisində baş verən qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin GunAz.az-a verdiyi məlumata görə, qəza nəticəsində 56 yaşlı kişi hadisə yerində dünyasını dəyişib. 

İki nəfər 25 yaşlı şəxs və 37 yaşlı kişi Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. 

25 yaşlı xəstələrdən birində aşağı ətrafların sınığı, digər xəstələrdə isə müxtəlif dərəcəli travmalar olub. 

Hazırda müalicələri davam edir. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ