SON DƏQİQƏ
» » İti öldürməyə çalışan polis qadını güllələdi - ŞOK

İti öldürməyə çalışan polis qadını güllələdi - ŞOK

Tarix:

3-08-2019, 08:01

/ 2 770 dəfə oxundu.
İti öldürməyə çalışan polis qadını güllələdi - ŞOK

Amerika polisi iti öldürməyə çalışarkən qadını güllələyib.

GunAz.az xəbər verir ki, bu haqda “CBS News” yazıb.

Hadisə avqustun 1-də Texas ştatının Arlinqton şəhərində baş verib. Bildirilir ki, polislər qazonda huşsuz vəziyyətdə qadının uzandığı barədə məlumatdan sonra hadisə yerinə gəliblər. Polislərdən biri qadının əhvalı ilə maraqlanmaq istəsə də, ondan heç bir cavab almayıb. Əvəzində it hürərək təhdidedici bir zəhmlə polisin üstünə cumub. Polis geri çəkilərək tapançasından bir neçə dəfə heyvana atəş açıb. Bundan sonra qadın qışqırıb, onun yaralandığı məlum olub. Təcili xəstəxanaya çatdırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalar göstərib ki, 30 yaşlı qadın məhz polisin hərəkətləri nəticəsində yaralanıb. İtin taleyi haqqında isə məlumat yoxdur.Publika

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ