SON DƏQİQƏ

Ağdamda 17 yaşlı gənc göldə boğuldu

Tarix:

11-07-2019, 23:52

/ 1 128 dəfə oxundu.
Ağdamda 17 yaşlı gənc göldə boğuldu

Ağdam rayonunda bədbəxt hadisə baş verib.

GunAz.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Baharlı 2 qəsəbəsində baş verib.

Rayon sakini, 2002-ci il təvəllüdlü Elmir Quliyev qəsəbə ərazisindəki göldə çimərkən boğulub.

17 yaşlı gəncin meyitinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ