SON DƏQİQƏ
» » Polisdən qaçan sürücünün maşınından silah-sursat çıxdı

Polisdən qaçan sürücünün maşınından silah-sursat çıxdı

Tarix:

11-07-2019, 16:00

/ 2 347 dəfə oxundu.
Polisdən qaçan sürücünün maşınından silah-sursat çıxdı

İyulun 10-da saat 12 radələrində Bakı-Qazax yolunun 380-ci kilometrliyində – Şəmkir rayonu ərazisində “BMW” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunda ona “Saxla” işarəsi verilib. Lakin nəqliyyat vasitəsinin sahibi tabeçilik göstərməyərək hərəkətə davam edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobil Könüllü kəndi ərazisində məcburi qaydada dayandırılıb.

Sənədlərini təqdim etmək tələb olunarkən sürücü və sərnişinin şübhəli davranışları, həyəcanlı halda olmaları yol polisi əməkdaşlarının diqqətindən yayınmayıb. Avtomobilə baxış zamanı onların bu gərginliyini səbəbi məlum olub. Belə ki, yük yerinə baxış zamanı oradan “AKM” markalı silah və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Nəqliyyat vasitəsinin sürücüsü, Gəncə şəhər sakini A.Hüseynov və sərnişini olan qardaşı H.Hüseynov saxlanılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ