SON DƏQİQƏ

Günəş tutulması baş verib (YENİLƏNİB)

Tarix:

3-07-2019, 08:06

/ 2 266 dəfə oxundu.
Günəş tutulması baş verib (YENİLƏNİB)

Bu ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi baş verib.

Trend-in məlumatına görə, ötən gün yerli vaxtla saat 20:55-də başlayan günəş tutulmasının maksimal fazası 23:23-də başlayıb və 4 dəqiqə 33 saniyə davam edib.

Növbəti günəş tutulması dekabrın 26-na təsadüf edəcək.

XXX

21:13

Bu ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi başlayıb.

AMEA Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, bu təbiət hadisəsi bu gün yerli vaxtla saat 20:55-də başlayıb və 3 iyul 01:50-də başa çatacaq.

Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.

Növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ