SON DƏQİQƏ
» » Şamaxıda baş verən ağır yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Şamaxıda baş verən ağır yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Tarix:

1-07-2019, 08:37

/ 1 281 dəfə oxundu.
Şamaxıda baş verən ağır yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

GunAz.az-ın bölgə müxbirinin xəbərinə görə, hadisə dünən saat 21:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 110-cu kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb.

"VAZ 2107" və "Mersedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfərin ağır xəsarət aldığı bildirilir. Yaralılar Təcili Tibbi Yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Hadisə zamanı Şamaxı şəhər sakini, 1996-cı il təvəllüdlü Mirzəyev Emin Kabus oğlu, ərəb turisti, 1984-cü il təvəllüdlü Ali Yusif Hassan Abdullah Hayi və daha bir ərəb və Azərbaycan vətəndaşı ağır xəsarətlər alıb. Hazırda sonuncuların şəxsiyyəti müəyyənləşdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ