SON DƏQİQƏ
» » Bakının mərkəzində qadınlar qəzaya düşdü: üç uşaq anası öldü

Bakının mərkəzində qadınlar qəzaya düşdü: üç uşaq anası öldü

Tarix:

22-06-2019, 23:55

/ 5 417 dəfə oxundu.
Bakının mərkəzində qadınlar qəzaya düşdü: üç uşaq anası öldü

Bu gün günorta saatlarında Bakının mərkəzində - Zərifə Əliyeva küçəsində, Muzey Mərkəzi binasının arxasında yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə GunAz.az-a Səbail rayonu hüquq-mühafizə orqanlarından bildiriblər.

Belə ki, “Hyundai Sonata” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə maşın ağaca çırpılıb. 40 yaşlı Könül Abbaslı hadisə yerində ölüb.

Avtomobilin sükanı arxasında K.Abbaslının dayısının həyat yoldaşı olub. Maşında cəmi dörd nəfər olub. Üç nəfər Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, ölən qadın üç uşaq anasıdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ