SON DƏQİQƏ

Xətaidə eyni yerdə növbəti yanğın

Tarix:

20-06-2019, 22:56

/ 227 dəfə oxundu.
Xətaidə eyni yerdə növbəti yanğın

Xətai rayonu, Gəncə prospekti, 2942-ci məhəllənin həyətində yenidən yanğın törədilib.

GunAz.az xəbər verir ki, quru ot sahəsinin yanması nəticəsində ərazidəki ağaclar da alışıb.

“Şəms” şadlıq evinin arxasında baş verən yanğın yaxındakı binalar üçün təhlükə yaradır.

Hazırda FHN əməkdaşları yanğının söndürülməsinə çalışır.

Qeyd edək ki, iyunun 10-da da sözügedən əraziyə od vurulmuş və bir neçə ağac yanmışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ