SON DƏQİQƏ

Azərbaycanda qadın müəllimə həbs edildi

Tarix:

18-06-2019, 08:27

/ 1 320 dəfə oxundu.
Azərbaycanda qadın müəllimə həbs edildi

Hacıqabulda bacısının külli miqdarda nağd pulunu və qızıl-zinət əşyalarını oğurlayan qadın saxlanılıb.

GunAz.az-ın  məlumatına görə, iyunun 15-də Hacıqabul şəhər sakini Xəyalə Vahid qızı Mənsimova rayon polis şöbəsinə müraciət edərək, yaşadığı Y.Şirəliyev küçəsi-12 ünvanındakı evindən böyük məbləğdə nağd pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Hacıqabul polisi tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Hacıqabul sakini, 1980-ci il təvəllüdlü Günay Vahid qızı Mənsimova saxlanılıb. Məlum olub ki, o, həmin tarixdə gecə saat 2.30-da bacısı ilə birgə yaşadığı evin yataq otağına daxil olaraq, oradan 25 650 manat nağd pul və 9800 manat dəyərində qızıl-zinət əşyaları, ümumilikdə 35 450 manat dəyərində oğurluq edib.Hər iki bacının müəllimə işlədiyi qeyd edilir. G.Mənsimova barəsində CM-nin 177.2.3 və 177.2.4 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ