SON DƏQİQƏ
» » Gürcüstanda həkim səhlənkarlığı: Soydaşımız bətnindəki körpə ilə birlikdə öldü

Gürcüstanda həkim səhlənkarlığı: Soydaşımız bətnindəki körpə ilə birlikdə öldü

Tarix:

17-06-2019, 09:14

/ 727 dəfə oxundu.
Gürcüstanda həkim səhlənkarlığı: Soydaşımız bətnindəki körpə ilə birlikdə öldü

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Nəzərli kənd sakini 33 yaşlı Samirə Yusubova bətnindəki 8 aylıq körpəsi ilə birlikdə dünyasını dəyişib.

Oxu.Az-ın bölgə müxbiri məlumat verir ki, hadisəyə həkimlərin ehtiyatsızlığının səbəb olduğu iddia edilir. Belə ki, S.Yusubovanın səhhətində yaranan problemlərdən dolayı yaxınları onu günorta saatlarında xəstəxanaya aparsalar da, həkimlər ona bir neçə dərman yazaraq evə buraxıblar. Evə çatdıqdan bir neçə saat sonra halı yenə pisləşib və yenidən xəstəxanaya gətirilib. Gecə saatlarında isə xəstəxanadan S.Yusubovanın öldüyü bildirilib.

Həkimlərin verdiyi məlumata görə, S.Yusubova axşam saatlarında xəstəxanaya gəldikdə təzyiqi yüksək olub. Yaxınları həkimlərin ehtiyatsızlığından və verdikləri dərmanlardan onun bu vəziyyətə düşdüyünü iddia edirlər. Soydaşımızın meyiti Rustavi şəhər ekspertiza mərkəzində yoxlanıldıqdan sonra ailəsinə təhvil verilib.

Qeyd edək ki, artıq Gürcüstan Daxili İşlər Nazirliyi məsələ ilə bağlı Cinayət Məcəlləsinin 116-cı maddəsi ilə cinayət işi açıb. Faktla bağlı araşdırma aparılır.

Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, məsələ araşdırılaraq müvafiq prosedurlara başlanılacaq. Həmin klinikada həkimlərin pasiyentin ölümündə günahları sübuta yetirilərsə, onlara qarşı qanun çərçivəsində müvafiq addımlar atılacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ