SON DƏQİQƏ
» » AZƏRBAYCANDA ŞAGİRDLƏRİ VURAN SÜRÜCÜ BARƏSİNDƏ – ŞOK FAKTLAR/VİDEO

AZƏRBAYCANDA ŞAGİRDLƏRİ VURAN SÜRÜCÜ BARƏSİNDƏ – ŞOK FAKTLAR/VİDEO

Tarix:

4-06-2019, 19:23

/ 1 797 dəfə oxundu.
AZƏRBAYCANDA ŞAGİRDLƏRİ VURAN SÜRÜCÜ BARƏSİNDƏ – ŞOK FAKTLAR/VİDEO

Bakı şəhər Baş Polis İdarəsi xəbər saytlarında və sosial şəbəkələrdə taksi sürücüsünün məktəbliləri vurması ilə bağlı yayılan videogörüntüləri araşdırıb.

GunAz.az xəbər verir ki, idarənin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, görüntüdə əks olunan hadisə ötən ilin sentyabrın 19-da günorta saatlarında Nəsimi rayonu H.B.Əliyev küçəsində qeydə alınıb:

“1935-ci il təvəllüdlü (hadisə zamanı 83 yaşı olub) Binəqədi rayon sakini Qurban Əhmədov idarə etdiyi “VAZ 2107” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yolu keçmək istəyən məktəbliləri vuraraq digər avtomobilə sıxmaqla yol-nəqliyyat hadisəsi törədib.

Hadisə nəticəsində məktəblilərdən biri “sağ bud çanaq nahiyyəsinin yumşaq toxumalarının əzilməsi”, digəri sümük sınıqları ilə müşayiət olunan az ağır bədən xəsarətləri alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində müvafiq təhqiqat-istintaq araşdırmaları aparılmaqla, yol-nəqliyyat ekspertizası təyin edilib. Araşdırmalar nəticəsində sürücünün sərxoş olmadığı müəyyən olunub.

Aparılan araşdırma zamanı hər iki azyaşlının valideynləri ərizə ilə müraciət edərək onlara dəymiş ziyanın tam ödənilməsi səbəbindən, övladlarının sağlamlıqları ilə bağlı xəsarətlərin aradan qalxmasına görə, şikayət və tələblərinin olmadığını bildiriblər.

Qanunvericiliyə uyğun olaraq, taplanmış matreallar üzrə başlanmış cinayət işinə xitam verilib”.(report)

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ