SON DƏQİQƏ

Arif Hacılının ata yurduna polis girdi

Tarix:

24-05-2019, 20:10

/ 888 dəfə oxundu.
Arif Hacılının ata yurduna polis girdi

Bu gün Zaqatalada bir qrup polis əməkdaşı Müsavat başqanı Arif Hacılının ata yurduna girib. 
"Yeni Sabah” xəbər verir ki, bu haqda Müsavat Partiyasının mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, bu gün axşam saatlarında iki polis maşını ilə gələn 7-8 nəfər polis əməkdaşı darvazanı zor gücünə açaraq Müsavat başqanı Arif Hacılının ata yurduna daxil olublar.
Polis əməkdaşları qonşulardan əvvəl Vaqif Hacıbəylinin, daha sonra isə Mustafa Hacıbəylinin harada olduğunu soruşublar. Onlara hər ikisinin Bakıda olduğu söylənilib.
Polis əməkdaşları Zaqatalada Müsavatın yerli təşkilatının iclası planlaşdırıldığını və buna imkan verilməyəcəyini bildiriblər.
Bundan sonra polis əməkdaşları Müsavat Partiyası Zaqatala rayon təşkilatının sədri Saleh Soltanova zəng edərək, iclasın keçirilməsinə imkan verilməyəcəyini deyiblər və buna cəhd olunacağı təqdirdə həbslə hədəlyiblər.
Müsavatın mətbuat xidməti bildirir ki, sabah Zaqatalada Müsavatın yerli təşkilatının iclası keçiriləcək və partiyanın 9-cu qurultayına nümayəndələr seçiləcək. İclasın Zaqatala rayonunun Tala kəndində - Hacılı qardaşlarının ata evində keçirilməsi planlaşdırılır.
Polisin siyasətə və siyasi partiyaların daxili işlərinə qarışması qadağandır. Hakimiyyət Müsavatın yerli təşkilatının qərargahını əlindən aldığı üçün iclaslar müsavatçıların evlərində keçirilir. Bir sıra rayonlarda olduğu kimi, hakimiyyət Zaqatalada da partiyanın fəaliyyətinə qanunsuz əngəl törədir.
Məsələyə Müsavat başqanı Arif Hacılı sərt münasibət bildirib. "Sözdə islahatdan danışanlar əməldə ölkəni vətəndaş qarşıdurmasına sürükləyir. Bütün qırmızı xətləri aşıblar.  İndi də polis Zaqatalada ata yurduma basqın edib" - deyə Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
Müsavat Partiyasının mətbuat xidməti sabah partiya nizamnaməsinə uyğun olaraq iclasın keçiriləcəyini bildirir və hakimiyyətdən bu özbaşınalığa son qoyulmasını tələb edir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ