SON DƏQİQƏ
» » “Audi Q7 ” qəza nəticəsində iki yerə bölündü - FOTO/VİDEO

“Audi Q7 ” qəza nəticəsində iki yerə bölündü - FOTO/VİDEO

Tarix:

21-05-2019, 08:15

/ 519 dəfə oxundu.
“Audi Q7 ” qəza nəticəsində iki yerə bölündü - FOTO/VİDEO

 Sosial şəbəkələrdə ötən cümə günü Moskvada baş vermiş dəhşətli qəzanın görüntüləri yayılıb.
"Audi Q7 ” markalı avtomobil elektrik dirəyinə dəyərək, iki yerə parçalanıb.  Qəza baş verərkən avtomobil saatda 200 kilometr  sürətlə hərəkət edirmiş.
Qəza anının görüntüləri olmasa da, qəzadan sonrakı görüntülər hadisə barədə fikir yürütməyə imkan verir. Şəkillərdən aydın göründüyü kimi, lüks minik maşını sürətlə  yol kənarındakı dirəyə dəyərək  iki yerə bölünüb. Oturacaqlardan biri qoparaq yola düşüb.
Ən maraqlısı budur ki, avtomobilin salonunda qan izi yoxdur. Hadisə şahidlərinin dediyinə görə, sürücü və yanındakı sərnişin bu qəzadan sağ-salamat qurtarıb və hadisə yerindən qaçaraq gizləniblər. Bəzi şahidlər isə sürücünün tək olduğunu bildiriblər.
Hazırda polis  faktla bağlı araşdırma aparır.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ