SON DƏQİQƏ
» » Bakıda ticarət mərkəzində yanğın: xəsarət alanlar var

Bakıda ticarət mərkəzində yanğın: xəsarət alanlar var

Tarix:

18-05-2019, 21:30

/ 249 dəfə oxundu.
Bakıda ticarət mərkəzində yanğın: xəsarət alanlar var

Bakının Xəzər rayonunda yanğın baş verib.

GunAz.az ONA-ya istinadən xəbər verir ki, hadisə Zaqulba qəsəbəsində yerləşən "Zagulba Mall" ticarət mərkəzində qeydə alınıb.

Bildirilir ki, yanğın ticarət mərkəzinin zirzəmisindəki tikiş sexindən başlayıb. Hazırda da yanğın davam edir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, yanğının genişlənməsinin qarşısının alınması istiqamətində işlər görülür.

Ehtimal olunur ki, yanğın qısaqapanmadan qaynaqlanıb.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Xəzər rayonunda fəaliyyət göstərən üçmərtəbəli ticarət mərkəzində baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə, üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda binada tüstülənmə müşahidə edilir (açıq alov yoxdur). Binada olan insanlar təxliyə edilib.

Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ