SON DƏQİQƏ
» » Bərdədə avtomobil təmiri sexində partlayış - Yaralılar var

Bərdədə avtomobil təmiri sexində partlayış - Yaralılar var

Tarix:

17-05-2019, 21:49

/ 233 dəfə oxundu.
Bərdədə avtomobil təmiri sexində partlayış - Yaralılar var

Bərdə rayonunda ümumi sahəsi 30 kv metr olan avtomobil təmiri sexində “VAZ - 21099” markalı minik avtomobilinin yanacaq çənində təmir işləri aparılan zaman yanğınla nəticələnən partlayış baş verib.

GunAz.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb. Hadisə zamanı 2 nəfər xəsarət alıb. Rayon sakinləri, 1970-ci il təvəllüdlü Habil Orucov və 1960-ci il təvəllüdlü Telman Qasımov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər hər iki yaralının vəziyyətini orta ağır olaraq qiymətləndirirlər.

Yanğın nəticəsində tikilidə olan avtomobil ehtiyat hissələri yanıb. Bitişik tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

скачать dle 12.1

Şərhlər