SON DƏQİQƏ
» » İranda narkotik qaçaqmalçıları ilə növbəti silahlı toqquşma - Ölən var

İranda narkotik qaçaqmalçıları ilə növbəti silahlı toqquşma - Ölən var

Tarix:

15-05-2019, 08:30

/ 258 dəfə oxundu.
İranda narkotik qaçaqmalçıları ilə növbəti silahlı toqquşma - Ölən var

İranın İsfahan vilayətinin polis idarəsinin əməkdaşı Mehdi Cəmşidi ötən gecə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan qruplaşma ilə baş verən silahlı toqquşmada həlak olub.

Baş verən insidentdə daha iki polis əməkdaşı ağır yaralanıb.

Polis idarəsinin açıqlamasında deyilir ki, Əfqanıstandan avtomobillərlə İran ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsi haqqında operativ məlumat daxil olub. Avtomobillərin və onları müşayiət edən şəxslərin saxlanılması üçün əməliyyat hazırlanıb. Əməliyyatın həyata keçirilməsi zamanı qaçaqmalçılar silahlı müqavimət göstərərək polis əməkdaşını qətlə yetiriblər.

Açıqlamada bildirilib ki, əməliyyat zamanı iki qaçaqmalçı məhv edilib, ikisi həbs olunub. Hazırda istintaq aparılır.

AzərTAc xatırladır ki, İranın Əfqanistan ilə sərhədboyu ərazilərində qaçaqmalçılarla silahlı toqquşmalar tez-tez baş verir. İndiyədək narkotik vasitə qaçaqmalçıları ilə silahlı toqquşmalarda 4 minə yaxın polis əməkdaşı həlak olub.

İran iddia edir ki, ABŞ silahlı qüvvələri Əfqanıstana daxil olduqdan sonra narkotik vasitələrin istehsalı və qaçaqmalçılığı artıb. Qaçaqmalçılar İrandan tranzit kimi istifadə edib “yükü” Avropa dövlətlərinə daşıyırlar. Avropa İttifaqı bunun qarşısını almaq üçün İrana maddi və texniki yardım göstərəcəyini söz versə də, bu istiqamətdə heç bir real addım atmayıb.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ