SON DƏQİQƏ
» » Bərdədə yanacaq doldurma məntəqəsi külə dönə bilərdi - VİDEO

Bərdədə yanacaq doldurma məntəqəsi külə dönə bilərdi - VİDEO

Tarix:

3-05-2019, 08:14

/ 311 dəfə oxundu.
Bərdədə yanacaq doldurma məntəqəsi külə dönə bilərdi - VİDEO

Bərdə rayonunda yanacaq doldurma məntəqəsində yanğın baş verib.

Oxu.Az-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində, Vüsal Əsgərova məxsus yanacaq doldurma məntəqəsində qeydə alınıb.

"İdeal" petrol yanacaq doldurma məntəqəsinin yardımçı binasında elektrik naqillərində qısaqapanma olub. Daha sonra yanğın başlayıb. Hadisə zamanı ərazidə olan hava balonu və digər əşyalar yanaraq kül olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alovlar söndürülüb və yanğının yanacaq doldurma məntəqəsinin qalan hissəsinə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ