SON DƏQİQƏ

Baku Medical Plazada daha bir ölüm

Tarix:

27-04-2019, 22:10

/ 11 075 dəfə oxundu.
Baku Medical Plazada daha bir ölüm

Bakıda uşaq dünyaya gətirən qadın nadir xəstəlikdən ölüb.

Hadisə paytaxtın Xətai rayonu ərazisindəki klinikada baş verib.

Paytaxtın Nizami rayonu, Abbasov küçəsi 6b, mənzil 4-də yaşayan, 1977-ci il təvəllüdlü Əliyeva Rumiyyə Sədi qızı "Hellp sindromu" diaqnozu ilə Baku Medical Plaza-ya gətirilib və orada ölüb.

Araşdırmalar zamanı məlum olub ki, R. Əliyeva 36-38 həftəlik hamilə olarkən yıxılaraq qolundan xəsarət alıb, hadisədən 2-3 həftə sonra halı pisləşdiyindən aprelin 15-də Baku Medical Plaza-ya yerləşdirilib və qeysəriyyə əməliyyatı olunaraq oğlan uşağı dünyaya gətirib. R.Əliyeva səhhəti normallaşdıqdan sonra evə buraxılıb.

Aprelin 23-də R.Əliyevanın səhhəti yenidən pisləşdiyindən o, Baku Medical Plaza-ya yerləşdirilsə də, aprelin 26-da orada dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.(Trend)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ