SON DƏQİQƏ
» » 23 yaşlı qız gərnəşəndə insult oldu – İnanılmaz hadisə

23 yaşlı qız gərnəşəndə insult oldu – İnanılmaz hadisə

Tarix:

18-04-2019, 23:53

/ 10 258 dəfə oxundu.
23 yaşlı qız gərnəşəndə insult oldu – İnanılmaz hadisə

23 yaşlı Natali Kuniski axşam yatağında ikən film izləmək qərarına gəlir. Yatmazdan əvvəl o gərnəşib və boynunu şıqqıldadıb. Bu zaman o, xırçıltı səsi eşitsə də, buna əhəmiyyət verməyib. Artıq 15 dəqiqədən sonra Natali sol ayağının hiss etmirdi.
 
Milli.Az medicina.az-a istinadən bildirir ki, zərərçəkmişi təcili olaraq xəstəxanaya çatdırıblar. Kompüter tomoqrafiyasından sonra həkimlər xəstənin onurğa arteriyasının zədələnməsi səbəbindən beyində qan laxtasının yaranması və buna bağlı olaraq da insult əmələ gəldiyini müəyyən ediblər.
 
Həkimlər xəstənin əməliyyat etsələr də, trombu çıxara bilməyiblər. Buna görə də xəstənin sol tərəfində az da olsa iflic qalıb.
 
Hal-hazırda Natali mütəmadi etdiyi fiziki terapiya nəticəsində 5 dəqiqə müddətində sərbəst gəzə, paltarını geyinə bilir.
 
"Mən siqaret çəkmirəm, içki içmirəm, ailəmdə insult keçirən heç kim olmayıb. Buna görə də mənim yatarkən insult keçirməm çox qəribədir" - deyə o bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ