SON DƏQİQƏ
» » Həbsxanadan kütləvi qaçış: ölən və yaralananlar var

Həbsxanadan kütləvi qaçış: ölən və yaralananlar var

Tarix:

17-04-2019, 08:09

/ 10 255 dəfə oxundu.
Həbsxanadan kütləvi qaçış: ölən və yaralananlar var

Venesuelanın Nueva-Esparta ştatında yerləşən həbsxanalardan birindən kütləvi qaçış baş verib.

GunAz.az xəbər verir ki, bu barədə “Notosiaz Venesuela” portalı məlumat yayıb.

Belə ki, təxminən 60 məhbusun soyuq silahlarla 2 mühafizəçiyə hücum etdiyi deyilib.

Qarşıdurma zamanı məhbuslardan biri öldürülüb. Xəsarət alan mühafizəçilər isə xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, qaçan məhbuslar gözətçi otağına daxil olaraq oradakı silahları götürməyə müvəffəq olublar. Hazırda ərazidə axtarış tədbirləri həyata keçirilir.

скачать dle 12.1

Şərhlər