SON DƏQİQƏ
» » Bakı dairəvi avtomobil yolu yaxınlığında mərmi tapılıb

Bakı dairəvi avtomobil yolu yaxınlığında mərmi tapılıb

Tarix:

15-04-2019, 21:59

/ 10 266 dəfə oxundu.
Bakı dairəvi avtomobil yolu yaxınlığında mərmi tapılıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Bakı şəhəri, Qaradağ rayonunda, Xocasən gölü yaxınlığında 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və SOCAR-ın təhlükəsizlik idarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
ANAMA mütəxəssisləri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və SOCAR-ın təhlükəsizlik idarəsinin əməkdaşları tərəfindən birlikdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 3,000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

скачать dle 12.1

Şərhlər