SON DƏQİQƏ
» » Metroda törədilən terror aktından 25 il ötür

Metroda törədilən terror aktından 25 il ötür

Tarix:

19-03-2019, 08:46

/ 10 278 dəfə oxundu.
Metroda törədilən terror aktından 25 il ötür

1994-cü il mart ayının 19-da 13:00-da “20 Yanvar” metrostansiyasında partlayış törədilib. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb.

GunAz.az xəbər verir ki, terakt nəticəsində 14 nəfər ölüb, 49 nəfər yaralanıb.

Cinayətin törədilməsində şübhəli bilinən “Sadval” Ləzgi Milli Hərəkatının 11 üzvü həbs edilib. Onlardan ikisinə ölüm hökmü verilib, doqquz nəfər isə müxtəlif müddətə azadlıqdan məhrum edilib. Terror aktının icraçısı Oqtay Qurbanov isə partlayış zamanı ölüb.

İstintaq zamanı müəyyən edilib ki, terrorçular Ermənistan xüsusi təyinatlı orqanları ilə əlaqədə olublar və hazırlığı bu ölkədə keçiblər.

Qeyd edək ki, partlayışda ölənlər arasında xalq artisti Rafiq Babayev də olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ