SON DƏQİQƏ
» » DTX, DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ: külli miqdarda...

DTX, DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ: külli miqdarda...

Tarix:

16-03-2019, 15:20

/ 10 361 dəfə oxundu.
DTX, DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ: külli miqdarda...

Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  verilən məlumata görə, daxil olmuş məlumat əsasında Cəlilabad Rayon Polis Şöbəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Uzuntəpə kənd sakini Ə.Baxşiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil şəhər ərazisində saxlanılıb. Nəqliyyat vasitəsinin salonundan çəkisi 1 kiloqram olan heroin aşkar edilərək götürülüb.

Davam etydirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 7 kiloqram 375 qram heroin, 5 kiloqram 135 qram tiryək, 815 qram metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ