SON DƏQİQƏ
» » Ehtiyatsız davranış partlayışa səbəb oldu - 1 ölü, 3 yaralı var - VİDEO

Ehtiyatsız davranış partlayışa səbəb oldu - 1 ölü, 3 yaralı var - VİDEO

Tarix:

21-02-2019, 21:01

/ 10 383 dəfə oxundu.
Ehtiyatsız davranış partlayışa səbəb oldu - 1 ölü, 3 yaralı var - VİDEO

Kimyəvi məhlulla ehtiyatsız davranan şəxs ağır hadisəyə səbəb olub. Odun sobasından çıxan qığılcım evə dağılan kimyəvi məhlulun alışmasına, ardından isə partlayışa səbəb olub. Nəticədə 1 yaşlı uşaq ölüb, üç nəfər xəsarət alıb.

GunAz.az-ın məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Suraxanı rayonu Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda baş verib. Partlayış həmin ərazidə kirayədə qalan 29 yaşlı Sadiq Əliyevin mənzilində olub. Hadisəni görən qonşular dərhal yanğınsöndürənlərə məlumat veriblər.

Hadisə zamanı Sadiq Əliyev, həyat yoldaşı 25 yaşlı Nargilə Əliyeva övladları 7 yaşlı Xədicə və 1 yaşlı Məhəmməd ağır xəsarət alıb. Xəsarət alan həmin şəxslər ətrafda yaşayanların köməyi ilə xəstəxanaya aparılıb.

 

Hər dörd yaralı 5 saylı Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Yaralılardan 1 yaşlı Məhəmməd Əliyevin vəziyyəti ağır olduğundan o xəstəxanada ölüb. Digər yaralılar isə xəstəxanada həkim nəzarəti altındadır.

 

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qrumları faktla bağlı araşdırma aparırlar.

 

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

скачать dle 12.1

Şərhlər