SON DƏQİQƏ
» » Atası oğlunu mahnıya görə öldürdü – Şok

Atası oğlunu mahnıya görə öldürdü – Şok

Tarix:

20-02-2019, 20:02

/ 10 285 dəfə oxundu.
Atası oğlunu mahnıya görə öldürdü – Şok

Türkiyənin Antalya şəhərinin Qazipaşa rayonunda 75 yaşlı Fevzi adlı şəxs musiqinin səsini azaltmadığı üçün oğlunu öldürüb.

Teleqraf.com xəbər verir ki, hadisə Aydın məhəlləsində baş verib. Atası ilə birgə yaşayan Orxan adlı şəxs axşam saatlarında evə gələndən sonra yüksək səslə mahnı dinləməyə başlayıb. Atası mahnının səsini azaltmasını xahiş etsə də, oğul buna məhəl qoymayıb.

Nəticə tərəflər arasında mübahisə qızışıb. Əsəblərinə hakim ola bilməyən 75 yaşlı kişi tüfənglə oğluna atəş açıb. Qarnından güllə yarası alan 40 yaşlı oğul həyatını itirib.

Faktla bağlı araşdırmalara başlanılıb, Fevzi adlı şəxs saxlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ