SON DƏQİQƏ

Goranboyda canavarlar kəndlərə hücum etdi

Tarix:

19-02-2019, 12:35

/ 10 274 dəfə oxundu.
Goranboyda canavarlar kəndlərə hücum etdi

Goranboy rayonunun Boluslu və Eyvazlılar kəndlərinə canavarların hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat əsasında İşçi Qrup yaradılıb.

Nazirlikdən GunAz.az -a verilən məlumata görə, ETSN-in və “Azərovçu” İctimai Birliyinin əməkdaşlarından ibarət İşçi Qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədi ilə sözügedən ərazini nəzarətə götürərək vəhşi heyvanların sayının tənzimlənməsi ilə bağlı tədbirlər görür.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ