SON DƏQİQƏ
» » Azərbaycanda məktəblilər spirtli içkidən zəhərləndi

Azərbaycanda məktəblilər spirtli içkidən zəhərləndi

Tarix:

16-02-2019, 08:00

/ 10 209 dəfə oxundu.
Azərbaycanda məktəblilər spirtli içkidən zəhərləndi

Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, rayon sakinləri olan 16 yaşlı iki gənc alkoqollu içkidən zəhərlənib.

Onlardan biri içkinin təsirindən bir müddət şoka düşüb. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumatlara görə, hər iki gənc məktəblidir və eyni sinifdə oxuyurlar. Məktəblilərin zəhərlənmələrinə səbəb isə alkoqollu içkini normadan artıq qəbul etmələri olub.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ