SON DƏQİQƏ
» » Türkiyə vətəndaşı Azərbaycanda ağır qəza törətdi - ÖLƏN VƏ YARALI VAR

Türkiyə vətəndaşı Azərbaycanda ağır qəza törətdi - ÖLƏN VƏ YARALI VAR

Tarix:

13-02-2019, 18:58

/ 10 314 dəfə oxundu.
Türkiyə vətəndaşı Azərbaycanda ağır qəza törətdi - ÖLƏN VƏ YARALI VAR

Balakən rayonunda yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistiral yolunun rayonun “Beş bulaq” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

Türkiyə dövlət qeydiyyat nişanlı TIR ilə “Toyota RAV4” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb. Yük maşının sürücüsü olan Türkiyə vətəndaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ