Bakıda taksi dəhşətli qəza törətdi – ÖLƏN VƏ YARALANAN VAR

Bakıda ağır yol qəzası baş verib.

GunAz.az xəbər verir ki, dünən gecə saatlarında Nərimanov rayonu Ziya Bünyadov prospektində “Ravon” markalı, 99 PH 772 dövlət qeydiyyat nişanlı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb. Yüksək sürətlə hərəkət edən avtomobilin qəzaya uğraması nəticəsində avtomobildə olan şəxslərdən biri hadisə yerində ölüb. Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qəzaya uğrayan avtomobilin taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]