SON DƏQİQƏ
» » Azərbaycanda yol qəzası rayonun bir hissəsini qazsız qoydu

Azərbaycanda yol qəzası rayonun bir hissəsini qazsız qoydu

Tarix:

8-02-2019, 23:10

/ 10 304 dəfə oxundu.
Azərbaycanda yol qəzası rayonun bir hissəsini qazsız qoydu

Ağsuda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən rayonun bir hissəsində qazın verilişi dayanıb. 

Qafqazinfo”nun məlumatına görə, hadisə axşam saatlarında Ağsunun mərkəzi küçələrinin birində baş verib. 

Hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq divara çırpılıb. Qəza səbəbindən qaz xətti zədələnib. 

Hazırda “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları qaz borusunu təmir etmək üçün hadisə yerində işləyirlər. 

скачать dle 12.1

Şərhlər