SON DƏQİQƏ

Cəbhədə gərginlik

Tarix:

8-02-2019, 10:07

/ 10 232 dəfə oxundu.
Cəbhədə gərginlik

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.
Müdafiə Nazirliyindən GunAz.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdənQazaxrayonunun Quşçu Ayrım və Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdənTovuzrayonunun Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtərrayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca,Ağdamrayonunun Nəmirli, Şıxlar, Cəvahirli,Cəbrayılrayonunun Mehdili kəndləri yaxınlığında, həmçininGoranboy,TərtərvəAğdamrayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ