SON DƏQİQƏ
» » Bakıda qadına qarşı İYRƏNC ƏMƏL: günün günorta çağında...

Bakıda qadına qarşı İYRƏNC ƏMƏL: günün günorta çağında...

Tarix:

8-02-2019, 09:46

/ 10 248 dəfə oxundu.
Bakıda qadına qarşı İYRƏNC ƏMƏL: günün günorta çağında...

Bakıda qadın döyülərək planşeti oğurlanıb.

DİN Mətbuat Xidmətindən GunAz.az-a verilən məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın fevralın 6-da günorta saatlarında M.Həsənov küçəsində bir nəfərin onu döyərək planşetini əlindən aldığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ş.Nəbiyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Quldurluq yolu ilə əldə etdiyi planşet polis əməkdaşları tərəfindən maddi sübut kimi ondan götürülüb.

Araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ