SON DƏQİQƏ

Bakı-Qazax yolunda ağır qəza: beş yaralı

Tarix:

25-01-2019, 23:39

/ 10 306 dəfə oxundu.
Bakı-Qazax yolunda ağır qəza: beş yaralı

Bakı-Qazax magistral yolunun 220-ci kilometrliyində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

GunAz.az “Report”a istinadən xəbər verir ki, Qazax rayonu istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil magistral yolun Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən hissəsində aşıb. 

Hadisə nəticəsində beş nəfər ağır xəsarət alıb. Onlar Ucar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər xəsarət alan şəxslərin vəziyyətini ağır kimi qiymətləndirir. 

Faktla bağlı araşdırma aparılır.  

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ