SON DƏQİQƏ
» » Futbolçunu Kardiffə aparan təyyarə yoxa çıxdı

Futbolçunu Kardiffə aparan təyyarə yoxa çıxdı

Tarix:

22-01-2019, 23:20

/ 10 269 dəfə oxundu.
Futbolçunu Kardiffə aparan təyyarə yoxa çıxdı

Fransanın “Nant” klubundan “Kardiff”ə transfer olunan 28 yaşlı futbolçu Emiliano Salanı Uelsə aparan təyyarə La Manş boğazı üzərindən uçarkən radarlardan itib.

Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqası təmsilçisinə 15 milyon funt-sterlinqə keçən hücumçu dünən yerli vaxtla saat 21:00-da Kardiff şəhərinə gəlməli idi.

Lakin saat 20:00-da “PA 46 Malibu"”markalı özəl təyyarə ilə əlaqə kəsilib.

Axtarış-xilasetmə işlərinə iki helikopter və gəmi cəlb olunub. Hələlik heç bir nəticə əldə edilməyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ