SON DƏQİQƏ

Xətaidə binada yanğın olub

Tarix:

18-01-2019, 08:34

/ 10 285 dəfə oxundu.
Xətaidə binada yanğın olub

Bakıda yanğın hadisəsi olub.

GunAz.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Ümumi sahəsi 140 m² olan ikimərtəbəli binanın birinci mərtəbəsinin yanar konstruksiyaları 70 m² sahədə, orada olan ZAZ markalı minik avtomobilinin yanar hissələri və binanın plastik üzlüyü 30 m² sahədə yanıb. Yanğın zamanı bitişik, ümumi sahəsi 110 m² olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının plastik üzlüyü 20 m² sahədə və bir ədəd məişət avadanlığı yanıb. Binanın və mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, binanın birinci mərtəbəsində yağdəyişmə sexi, ikinci mərtəbəsində isə ofis yerləşir

скачать dle 12.1

Şərhlər