SON DƏQİQƏ

Bakıda ağac bahalı maşının üstünə aşdı

Tarix:

16-01-2019, 08:00

/ 10 322 dəfə oxundu.
Bakıda ağac bahalı maşının üstünə aşdı

GunAz.az-ın məlumatına görə, hadisə Yasamal rayonu, Əsəd Əhmədov küçəsində baş verib.

Aşan qovaq ağacı yolun kənarında park edilmiş "Hyundai" markalı avtomobilə ziyan vurub. Sakinlərin sözlərinə görə, xoşbəxtlikdən həmin vaxt ərazidə adam olmayıb.

Yola aşan ağac hərəkəti bağlayıb. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, aşan ağacın ərazidən götürülməsi üçün tədbir görüləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ