SON DƏQİQƏ

Avtomobillərə qənim kəsilən şəxs tutuldu

Tarix:

14-01-2019, 16:47

/ 10 281 dəfə oxundu.
Avtomobillərə qənim kəsilən şəxs tutuldu

Xətai rayonunda avtomaşınlardan oğurluq edən şəxs tutulub.

GunAz.az xəbər verir ki, 2018-ci ilin noyabr-dekabr aylarında Xətai rayonunda “Hyundai” və “BMW” markalı iki avtomobilin şüşəsini sındırıraq nəqliyyat vasitələrinin salonundan pul, qiymətli əşyalar, ümumi dəyəri 1800 manat olan 3 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Müşfiq Zeynalov saxlanılıb. Saxlanılan şəxsin zərərçəkənlərə ümumilikdə 3500 manata yaxın maddi ziyan vurduğu məlum olub. M.Zeynalov ifadəsində oğurladığı noutbukları satdığını bildirib.

Qeyd olunan faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb. M.Zeynalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

скачать dle 12.1

Şərhlər