SON DƏQİQƏ

“Bazarstore”a silahlı BASQIN - YARALI VAR

Tarix:

14-01-2019, 13:12

/ 10 325 dəfə oxundu.
“Bazarstore”a silahlı BASQIN - YARALI VAR

Abşeron rayon Hökməli qəsəbəsində “Bazarstore” supermarketinə basqın olub.

GunAz.az xəbər verir ki, əli silahlı və maskalı olan şəxs kassirə yaxınlaşaraq kassada olan pulları tələb edib. 

Mağaza rəhbərinin köməkçisi və mühafizəçi maskalı şəxsi zərərsizləşdirmək istəyiblər. Lakin bu zaman cinayətkar köməkçini başından xəsarət yetirib.

Oğru daha sonra hadisə yerindən qaçıb.

Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.(oxu.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ