SON DƏQİQƏ
» » Gürcüstanda qripə görə uşaq bağçaları və məktəblərdə qış tətilinin müddəti uzadılıb

Gürcüstanda qripə görə uşaq bağçaları və məktəblərdə qış tətilinin müddəti uzadılıb

Tarix:

9-01-2019, 19:53

/ 10 291 dəfə oxundu.
Gürcüstanda qripə görə uşaq bağçaları və məktəblərdə qış tətilinin müddəti uzadılıb

Gürcüstanın ümumtəhsil məktəblərində qış tətilinin müddəti yanvarın 18-dək uzadılıb.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi qərar qəbul edib.

Nazirlikdən bildirilib ki, qrip virusu ilə bağlı epidemiya olmasa da, tətilin müddətinin uzadılması qərarı şagird və müəllimlərin sağlamlığının qorunması məqsədilə verilib.

Qurum məktəblərdə tətil müddətində dezinfeksiya işlərinin aparılması ilə bağlı tövsiyələr də verib.

Bundan başqa, Tbilisdəki uşaq bağçalarında da qış tətilinin müddəti yanvarın 18-dək uzadılıb. Bu barədə Tbilisi Uşaq bağçalarının İdarəolunması Agentliyi məlumat yayıb. 

Qeyd edək ki, Gürcüstanda “donuz qripi” adlandırılan A (H1N1) virusundan 13 nəfər ölüb. Ölkədə bu virusa 158 yoluxma halı təsdiq olunub. Hazırda qonşu ölkədə 640-a yaxın şəxs qripdən xəstəxanalarda müalicə olunur. Onların 39-u Reanimasiya şöbəsindədir.

Məktəblərdə qış tətilinin müddəti yanvarın 14-dək davam etməli idi.

скачать dle 12.1

Şərhlər