SON DƏQİQƏ
» » Hacıqabulda "Mercedes" aşıb 5 nəfər ağır yaralanıb - VİDEO - YENİLƏNİB

Hacıqabulda "Mercedes" aşıb 5 nəfər ağır yaralanıb - VİDEO - YENİLƏNİB

Tarix:

9-01-2019, 16:05

/ 10 329 dəfə oxundu.
Hacıqabulda "Mercedes" aşıb 5 nəfər ağır yaralanıb - VİDEO - YENİLƏNİB

Hacıqabul rayonunda baş verən yol qəzasında xəsarət alan şəxslərin adı məlum olub.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, Baki-Qazax magistralının 82-ci kilometrliyində, rayonun Atbulaq kəndi ərazisində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar təcili tibbi yardım maşınları ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Şirvan şəhər sakini Elman Murad oğlu Muradov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı avtobus dayanacağına çırpılıb, zərbənin gücündən avtomobil aşaraq deformasiyaya uğrayıb. 

Yaralılar:

Şirvan şəhər sakini, 1964-cü il təvəllüdlü Elman Murad oğlu Muradov,

Bakı şəhər sakini, 1966-ci il təvəllüdlü Vüsalə Bayram qızı Bəbirova,

Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Əfsanə Ədalət qız Quliyeva,

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü  Xəyal Murad oğlu Poladov. 


Şirvan Şəhər Mərkəzi Xəstəxanasında "Report"un yerli bürosuna verilən məlumata görə, yralılardan 3 nəfərin vəziyyəti ağırdır, 1 isə nəfər ambulator yardım alaraq evə buraxılıb.


*** 10:59

Hacıqabul. 9 yanvar. REPORT.AZ/ Hacıqabul rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.

"Report"un Mil-Muğan bürosu xəbər verir ki, hadisə rayonun Atbulaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. 

İlkin məlumatlara görə, hadisə nəticəsində 5 nəfər ağır yaralanıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

скачать dle 12.1

Şərhlər