SON DƏQİQƏ
» » Cinayətkar ip nərdivandan istifadə edərək həbsxanadan qaçdı

Cinayətkar ip nərdivandan istifadə edərək həbsxanadan qaçdı

Tarix:

1-01-2019, 10:17

/ 10 263 dəfə oxundu.
Cinayətkar ip nərdivandan istifadə edərək həbsxanadan qaçdı

Fransanın “Fren” həbsxanasından cinayətkar ip nərdivandan istifadə edərək qaçıb.

GunAz.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə “FranceInfo” radiosunun efirində məlumat verilib.

Məhbus ip nərdivanın köməyi ilə həbsxananın divarını aşmağı bacarıb.

Həbsxana əməkdaşlarının ona atəş açmasına baxmayaraq, cinayətkar qaça bilib.

Qeyd edilir ki, məhbusun əli tikanlı telə ilişib yaralana bilər. 

Məlumdur ki, cinayətkar oğurluğa görə üç il müddətinə azadlıqdan məhrum olunmuşdu. Bundan əvvəl o, məhkəmə zalından qaçmağa cəhd etmişdi.

“Fren” Fransanın ən böyük həbsxanasıdır. Həbsxana 200 faiz dolub, bu səbəbdən ekspertlər onu dünyanın ən pis cəzaçəkmə müəssisələrinə aid edirlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ