SON DƏQİQƏ

Mingəçevirdə partlayış: xəsarət alan var

Tarix:

1-01-2019, 08:34

/ 10 227 dəfə oxundu.
Mingəçevirdə partlayış: xəsarət alan var

Mingəçevir şəhərində ümumi sahəsi 105 m² olan birmərtəbəli 4 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

GunAz.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, partlayış dalğasının təsirindən evin bir tərəfinin daşıyıcı divarı uçub. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları 50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən 2 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ