SON DƏQİQƏ
» » Rusiyada avtobus qəzası: 1 azərbaycanlı ölüb, 2-si yaralanıb

Rusiyada avtobus qəzası: 1 azərbaycanlı ölüb, 2-si yaralanıb

Tarix:

29-12-2018, 23:39

/ 10 336 dəfə oxundu.
Rusiyada avtobus qəzası: 1 azərbaycanlı ölüb, 2-si yaralanıb

Bu gün Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nefteyuqansk rayonu ərazisində yük maşını ilə avtobusun toqquşması nəticəsində azərbaycanlılar da daxil olmaqla 6 nəfər ölüb, 24-ü yaralanıb. Onlardan 12-nin vəziyyəti ağırdır.
 
GunAz.az xəbər verir ki, bu barədə Yuqra hökumətinin rəsmi qərargahı məlumat yayıb.
 
Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin məlumatına görə, qəza Bakı vaxtı ilə təqribən 17:00 radələrində "Tümen – Xantı-Mansiysk" federal avtomobil yolunun 820 km-də baş verib.
 
"MAZ" markalı yük avtomobili qarşı hərəkət zolağına çıxaraq burada "Rosneft" ASC-nin Nefteyuqansk filialının əməkdaşlarını daşıyan avtobusla toqquşub. Ardınca "Qazel", "Niva" və yanacaqdaşıyan maşın da onlara çırpılıb.
 
Qəza nəticəsində ölənlər arasında əslən azərbaycanlı olan 1973-cü il təvəllüdlü Rasim Ağaxanov da var. Həmçinin 2 azərbaycanlı – 1989-cu il təvəllüdlü Ruslan İsgəndərov və 1988-ci il təvəllüdlü Nail Mansurov xəsarət alıb.(Report)

 

скачать dle 12.1

Şərhlər