SON DƏQİQƏ
» » Novxanıda ağır qəza: ölən və xəsarət alanlar var

Novxanıda ağır qəza: ölən və xəsarət alanlar var

Tarix:

10-12-2018, 21:54

/ 10 217 dəfə oxundu.
Novxanıda ağır qəza: ölən və xəsarət alanlar var

Abşeron rayonunun Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən GunAz.az-a verilən məlumata görə, dekabrın 8-də saat 15 radələrində Abşeron rayonunun Novxanı kəndi ərazisində Bakı şəhər sakinləri Ramin Şirəliyevin idarə etdiyi “Azsamand” və Arif Nəbiyevin idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə R.Şirəliyevin sərnişini, Göyçay rayon sakini Saab Məmmədov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər